9 C
Baku
Sunday, November 17, 2024

Ukrayna taxılının limanlardan çıxarılmasını Türkiyə koordinasiya edir

Tərəflər taxıl yüklü gəmilərin Ukrayna limanlarından çıxması məsələsini ən qısa zamanda yekunlaşdırmağa çalışır.

Bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

O qeyd edib ki, Türkiyə tərəfi Rusiya, Ukrayna və BMT ilə danışıqlar aparır.

“Bununla bağlı irəliləyiş əldə olunub. Bunu necə etmək, minaları necə təmizləmək, dəhlizin necə yaradılacağı, gəmiləri kimin müşayiət edəcəyi kimi texniki planlaşdırma məsələləri üzərində işlər davam etdirilir”, – Akar bildirib.

Nazir bu məsələdə məsuliyyətin böyük ölçüdə Türkiyənin üzərinə düşüb-düşməyəcəyinə dair suala isə belə cavab verib: “Hazırda Türkiyə olaraq bu məsələni biz koordinasiya edirik”.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər