10 C
Baku
Wednesday, December 11, 2024

“Ukrayna Türkiyə və BMT ilə taxıl ixracının təhlükəsizliyi ilə bağlı danışıqlar aparır”

Rəsmi Kiyev Türkiyə və BMT ilə Ukrayna taxılının ixracı üçün təhlükəsizlik zəmanəti ilə bağlı danışıqlar aparır.

Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski İsveçin Baş naziri Maqdalena Anderssonla görüşündən sonra deyib.

“Həqiqətən də, biz hazırda Türkiyə tərəfi və BMT ilə limanlarımızdan çıxan taxılın təhlükəsizliyinə xüsusi cavabdeh olan nümayəndələrimizlə danışıqlar aparırıq. Bəzi ölkələrin gəmilərinin təhlükəsizliyinə güvənmədiyimiz Rusiya istisna olmaqla kiminsə zəmanət verməsi çox vacibdir. Ona görə də bizə bu və ya digər qida məhsullarını yükləmək üçün gələcək bəzi ölkələrin gəmilərinin təhlükəsizliyinə ehtiyacımız var. Hazırda Türkiyədə məhz bunun müzakirəsi gedir”, – Ukrayna lideri qeyd edib.

V.Zelenski vurğulayıb ki, Kiyev birbaşa BMT-nin Baş katibi Antonio Quterreşlə işləyir. Onun sözlərinə görə, BMT danışıqlarda aparıcı mövqe tutur:

“İndi onlar vasitəçiliklə məşğul deyil, lider mövqe tuturlar. Bizə elə gəlir ki, onlar bu prosesə rəhbərlik etməyə hazırdırlar. Bizim tərəfdən Ukrayna dövləti vaxt itirmir və biz müxtəlif yollar üzərində işləyirik – taxılın ixracı üzrə istər dəmir yolu, istərsə də çay yolları üzərində. Biz günbəgün ixracımızı artırırıq”.

Eyni zamanda dövlət başçısı Ukrayna taxılının ixracını çətin missiya adlandırıb, lakin bu, onun fikrincə, “mütləq ki mümkündür”. Prezidentin sözlərinə görə, hazırda Ukraynada 22 milyon ton taxıl var, payızda təxminən daha 60 milyon ton taxılın olacağı gözlənilir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər