“Ukrayna Qara dəniz vasitəsilə taxıl ixrac etməyə hazırdır”.
Bunu ölkə Prezidenti Volodimir Zelenski teleqram kanalında yazıb.
“Bizim üçün dünya ərzaq təhlükəsizliyinin zəmanətçisi kimi qalmaq vacibdir. Amma əvvəlcə tərəfdaşlardan siqnal gözləmək lazımdır, – o bildirib.
Xatırladaq ki, iyulun 22-də İstanbulda “taxıl dəhlizi” ilə bağlı saziş imzalanıb. Ukrayna, Rusiya, Türkiyə və BMT Qara dəniz vasitəsilə taxıl ixracının həyata keçirilməsi barədə razılığa gəliblər.