29 C
Baku
Wednesday, July 24, 2024

Ukrayna və Yaponiya 100 milyon dollarlıq kreditlə bağlı müqavilə imzalayıb

Ukrayna və Yaponiya 30 il müddətinə 100 milyon ABŞ dolları məbləğində kreditin verilməsi haqqında saziş imzalayıblar.

Bu barədə Ukrayna Maliyyə Nazirliyi məlumat yayıb.

Söhbət vəziyyəti sabitləşdirmək üçün büdcə dəstəyindən, xüsusən sosial, humanitar, səhiyyə xərclərinin təmin edilməsi, məcburi köçkünlərə dəstək və digər prioritet xərclərdən gedir.

Təxminən 2,3 milyon ABŞ dolları tibbi avadanlığın alınmasına sərf olunacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər