1 C
Baku
Saturday, December 14, 2024

Ukrayna və BVF 15 milyard dollarlıq maliyyə proqramı haqqında razılığa gəlib

Ukrayna Beynəlxalq Valyuta Fondu (BVF) ilə dörd illik maliyyə paketi ilə bağlı razılığa gəlib.

Bu barədə “RBC-Ukraina” BVF-nin mətbuat xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, BVF Ukrayna ilə təxminən 15,6 milyard dollar dəyərində 4 illik maliyyə paketi haqqında razılığa gəlib. Razılaşma BVF-nin İcraiyyə Şurası tərəfindən təsdiqlənməlidir və yaxın həftələrdə baxılacağı gözlənilir. Proqram son dərəcə yüksək qeyri-müəyyənlik şəraitində Fondun yeni kredit siyasətinə uyğun olaraq tərtib edilib və donorlardan, o cümlədən G7 və Aİ-dən güclü maliyyə təminatı gözlənilir.

Proqram iki mərhələli yanaşmanı nəzərdə tutur: ilk 12-18 ay davam edəcək birinci mərhələ gəlirlərin səfərbərliyini dəstəkləməklə, nağd maliyyələşdirmədən və daxili borc bazarlarından xalis müsbət maliyyələşmədən uzaqlaşaraq fiskal, qiymət və maliyyə sabitliyini gücləndirməlidir.

İkinci mərhələdə diqqət makroiqtisadi sabitliyin gücləndirilməsi, bərpa və erkən yenidənqurmaya dəstək və dayanıqlığın artırılması, o cümlədən Ukraynanın Aİ-yə daxil olma məqsədləri kontekstində daha geniş islahatlara yönələcək.

Son xəbərlər
Digər xəbərlər