23 C
Baku
Friday, April 26, 2024

Ukrayna: Zelenski-Putin görüşünə hazırlıq gedir

Ukrayna və Rusiya arasında nümayəndə heyəti arasında danışıqlar aprelin 1-də bərpa olunacaq.

Bu barədə Ukrayna nümayəndə heyətinin rəhbəri, xalq deputatı David Araxamiya bildirib.

Onun sözlərinə görə, prezidentlərin üzbəüz görüşündə müzakirə obyektinə çevriləcək sənədlər paketi bir həftə sonra hazır olmalıdır.

“O ki qaldı üzbəüz görüşə, Rusiya tərəfinin cavabını gözləyirik. Onlar iki-üç gün təklifimizə necə cavab verəcəkləri barədə düşünəcəklər. Biz onlara iki ölkə liderlərinin görüşünün keçirilməsi vaxtının yetişdiyini bildirdik.

Düşünürəm ki, bir həftə ərzində bizdən asılı olduğumuzun üzərində işləyəcəyik, daha mandatımız olmayacaq. Bundan sonra isə prezidentlərin görüşünü gözləyəcəyik”, – Araxamiya bildirib.

O, həmçinin vurğulayıb ki, Ukrayna tərəfi prezidentlərin Rusiya və ya Belarusda görüşünün keçirilməsinin əleyhinədir. Ukrayna nümayəndə heyətinin rəhbərinin fikrincə, ən yaxşı yer Türkiyə ola bilər.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər