1 C
Baku
Saturday, December 14, 2024

Ukraynada 4.5 milyon ton taxıl bloklanıb

Hazırda Ukrayna limanlarında olan təxminən 4,5 milyon ton taxıl dəniz yollarının bağlanması səbəbindən ixrac edilə bilmir.

Bunu BMT-nin Ümumdünya Ərzaq Proqramının Almaniya bölməsinin direktoru Martin Frik deyib.

O bildirib ki, taxıl Ukrayna limanlarında və gəmilərdədir, bu səbəbdən təyinatı üzrə istifadə edilə bilməz.

“Aclıq nə hərbi, nə də iqtisadi cəhətdən silah ola bilər”, – deyə o bildirib və qlobal ərzaq böhranını yumşaltmaq üçün bu ölkədən digər dövlətlərə ərzaq tədarükünü bərpa etməyə çağırıb.

Avropa liderləri dəfələrlə Rusiya-Ukrayna münaqişəsi fonunda qlobal ərzaq böhranı barədə xəbərdarlıq ediblər.

Qeyd edək ki, Ukrayna və Rusiya əsas taxıl ixracatçılarıdır.

Son xəbərlər
Digər xəbərlər