14 C
Baku
Wednesday, May 15, 2024

Ukraynada “Bayraktar” zavodunun tikintisi iki il ərzində başa çatdırılacaq

Türkiyənin “Baykar” şirkəti Ukraynada öz istehsalat zavodunun tikintisini iki il ərzində başa çatdırmağı planlaşdırır.

Bu barədə məlumatı “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktar açıqlayıb.

“Bizim planımız həyata keçir. Hazırda bizim memarlıq layihəmiz var. Detallı layihələndirmə mərhələsi tamamlanıb və biz inşaat prosesinə doğru irəliləyəcəyik. İki il ərzində bunu başa çatdırmaq istəyirik”, – deyə Bayraktar söyləyib.

Qeyd edək ki, Ukraynanın müdafiə naziri Oleksey Reznikov isə, öz növbəsində, Ukraynada “Bayraktar” pilotsuz uçuş aparatlarının istehsalı üzrə zavodun inşası ilə bağlı layihə üzərində işin davam etdiyini açıqlayıb.

MənbəQafqazinfo
Son xəbərlər
 ⁠
Digər xəbərlər