7 C
Baku
Sunday, December 15, 2024

Ukraynada daha bir İran PUA-sı vurulub

Ukraynanın Odessa şəhərinin səmasında İrana məxsus pilotsuz uçuş aparatı (PUA) vurulub.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Bildirilib ki, kamikadze-dron aşağı məsafədən uçurmuş.

Məlumat hələlik rəsmi qurumlar tərəfindən təsdiqlənməyib.

Qeyd edək ki, İran hərbi dronlarının Rusiyaya çatdırılması ilə bağlı xəbərlər bu ilin iyul ayında yayılmışdı. BBC-nin məlumatına əsasən, bura birinci sinfə aid taktiki dronlar, kvadrokopterlər və təyyarələr, ikinci və üçüncü sinfə aid uçuş hündürlüyündən asılı olaraq “uzun uçuş müddətli” kimi təsnif edilən orta və ağır PUA-lar daxildir (MALE UAV və HALE UAV). Rusiyaya verilən “Mohajer-6” PUA-ları təsnifata görə ikinci sinfə aiddir.

Məlumata görə, iranlılar hələ 1990-cı illərin sonlarında onlardan Əfqanıstanda istifadə ediblər. Ümumi adına baxmayaraq, “Şahed-129” və “Şahed-191” çox fərqli PUA-lardır. Onlar Qərb istehsalının prototiplərindən fərqlidir. Belə hesab edilir ki, “Şahed-129” İran mühəndislərinin əlinə keçən İsrailin “Hermes 450” dronu əsasında yaradılıb. “Şahed-191” isə ABŞ-ın “Q-170 Sentinel” dronuna əsaslanır.

 

MənbəReport
Son xəbərlər
Digər xəbərlər