6 C
Baku
Monday, December 16, 2024

Ukraynada gələn ilin büdcəsi $42 mlrd. kəsirlə təsdiqlənib

Ukrayna hökuməti növbəti il üçün büdcə layihəsini 1.55 trilyon qrivna (42 milyard dollar) kəsirlə təsdiqləyib.

Ukrayna Nazirlər Kabinetinin rəhbəri Denis Şmıqal kəsirin büdcə xərclərinin demək olar yarısını təşkil etdiyini deyib.

2024-cü il büdcəsinin yarıdan çoxu – 1.685 trilyon qrivna (46 milyard dollar) hərbi ehtiyaclara yönəldilib ki, bu da cari ildə həmin məqsədlər üçün ayrılan vəsaitdən 113 milyard qrivna (3 milyard dollar) çoxdur. Eyni zamanda, büdcədən sosial sahəyə 469 milyard qrivna (12.8 milyard dollar), tibb sektoruna 202 milyard qrivna (5.5 milyard dollar), təhsilə isə 179 milyard qrivna (4.9 milyard dollar) yönəldilib. Bununla yanaşı, Baş nazir vergilərin artırılmasının planlaşdırılmadığını və imtiyazlı kredit proqramının davam edəcəyini deyib.

Ukraynanın maliyyə naziri Sergiy Marçenko isə öz növbəsində büdcə layihəsində müdafiə sənayesi kompleksinin maliyyələşməsinin yeddi dəfə artırılaraq təxminən 56 milyard qrivnaya (1.5 milyard dollar) çatdırılacağını bildirib.

Qeyd edək ki, Ukrayna hökuməti artıq 2023-cü ildə rekord həcmdə kəsirin olduğu büdcəni təsdiqləmişdi. Kiyev bildirmişdi ki, yalnız hərbi xərcləri qarşılıya bilər, digər sahələr isə qərbli müttəfiqlərin yardımı hesabına maliyyələşir.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər