10 C
Baku
Thursday, December 12, 2024

Ukraynada hərbi vəziyyət daha üç ay uzadıldı

Ukrayna Ali Radası hərbi vəziyyətin müddətini daha üç ay uzadıb.

Ölkə prezidenti Volodimir Zelenskinin fərmanına əsasən, hərbi vəziyyət 25 may tarixindən avqustun 23-dək qüvvədə qalacaq.

Qeyd edək ki, Ukraynada hərbi vəziyyət müharibənin başlandığı 24 fevral 2022-ci ildən tətbiq olunub.

Xatırladaq ki, bir qədər əvvəl xalq deputatı Fyodor Venislavski hərbi vəziyyətin niyə daha üç ay uzadıldığını açıqlayıb. Onun sözlərinə görə, bu, Ukrayna ordusunun mürəkkəb hərbi tapşırıqları nəzərdə tutan əks-hücum əməliyyatına başlaması ilə əlaqədardır. Deputatın fikrincə, qısa zamanda bütün Ukraynanı azad etmək çox çətindir və bunun üçün vaxt lazımdır.

 

 

Son xəbərlər
Digər xəbərlər