10 C
Baku
Thursday, December 12, 2024

Ukraynada hərbi vəziyyətin müddəti uzadıldı

Ukraynada hərbi vəziyyət və ümumi səfərbərliyin müddəti daha 90 gün uzadılıb.

Bu barədə Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak özünün “Telegram” kanalında bildirib.

“Ali Rada Ukrayna Prezidenti Vladimir Zelenski tərəfindən ölkədə hərbi vəziyyətin və ümumi səfərbərliyin daha 90 gün – gələn ilin 14 fevral tarixinədək uzadılması haqqında qanun layihələrini qəbul edib”, – deputat qeyd edib.

Xatırladaq ki, Ukraynada ötən ilin 24 fevralından etibarən hərbi vəziyyət və ümumi səfərbərlik tətbiq edilir. Bu gün hərbi vəziyyət və ümumi səfərbərliyin müddəti 9-cu dəfə uzadılıb.

Ukrayna qanunvericiliyinə əsasən, hərbi vəziyyət zamanı seçkilər təşkil edilə bilməz, oktyabrın sonunda keçirilməli olan parlament seçkiləri bu səbəbdən baş tutmayıb.

Hərbi vəziyyətin gələn il fevralın ortalarına qədər yenidən uzadılması yazda keçirilməli olan prezident seçkilərinin mümkünlüyünü sual altına qoyur.

Son xəbərlər
Digər xəbərlər