10 C
Baku
Thursday, December 12, 2024

Ukraynada Milli Bankın sədri istefa verdi

Ukrayna Milli Bankının sədri Yakov Smoliy istefa verib.

“RİA Novosti” xəbər verir ki, bu barədə bankın mətbuat xidmətinin məlumatında deyilir. Smoliy uzun müddət ona edilən “sistematik siyasi təzyiq” səbəbindən bu qərarı qəbul etdiyini bildirib:

“İstefa ərizəmlə Ukraynada mərkəzi bank sisteminin institusional əsaslarını sarsıtmaq üçün gələcək cəhdlərlə bağlı xəbərdarlıq etmək istəyirəm”.

O əlavə edib ki, məhz bu kimi müdaxilələr ona vəzifəsini yerinə yetirməyə və digər dövlət strukturları ilə qarşılıqlı əlaqə qurmasına maneə yaradıb.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər