9 C
Baku
Monday, November 18, 2024

Ukraynada Rusiyanın təcavüzünü dəstəkləyənlərin əmlakı müsadirə olunacaq

Ukrayna Prezidenti Volodimir Zelenski 2022-ci il mayın 12-də Ali Rada tərəfindən qəbul edilmiş “Ukraynanın bəzi qanunlarına fiziki şəxslərin aktivləri ilə bağlı sanksiyaların effektivliyinin artırılması ilə bağlı dəyişikliklər edilməsi haqqında” qanunu imzalayıb.

Banker.az xəbər verir ki, bu barədə Ukrayna Prezident Ofisi məlumat yayıb.

Qanun fiziki və ya hüquqi şəxslərə məxsus əmlakın, habelə onun birbaşa və ya dolayısı ilə sərəncamında olan əmlakın dövlətin xeyrinə tutulması yolu ilə yeni sanksiyalar növü müəyyən edir.

“İşğalçıların Ukraynaya təcavüzünü bu və ya digər şəkildə dəstəklədiyinə görə sanksiyaya məruz qalan şəxslərin aktivlərinin müəyyən edilməsi və müsadirə edilməsi proseduru Ukrayna büdcəsini düşmənlərin hesabına tez və effektiv şəkildə dolduracaq. Qanun bu prosesə cavabdeh olan orqanlar üçün aydın göstərişlər verir. Mən onun bütün iştirakçılarının məhsuldar qarşılıqlı fəaliyyətinə ümid edirəm”, – Ukrayna Prezidenti bildirib.

Qeyd edək ki, 2021-ci il aprelin 21-də Ali Radanın deputatları bu qanunun lehinə səs verib, lakin dövlət başçısı öz təklifləri ilə ona yenidən baxılması üçün parlamentə qaytarıb. Dəyişikliklər edilmiş qanun qəbul olunduqdan sonra dövlət başçısı sənədi imzalayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər