22 C
Baku
Monday, September 8, 2025

Ukraynada xarici valyutaların məzənnələri və yanacağın qiyməti artıb

Ukraynada xarici valyutaların məzənnələri və yanacağın qiyməti artıb.

Yanacağın qiyməti ilin əvvəli ilə müqayisədə 10 faiz artıb.

“Aİ-95” markalı benzinin 1 litrinin qiyməti hazırda 62 qriven təşkil edir ki, bu da 1,50 ABŞ dollarından çoxdur. “Aİ-95 premium” isə 65 qrivendir. Eyni qaydada dizelin 1 litri 60 qriven, qaz isə 37 qriven təşkil edir.

Xarici valyutaların məzənnələri, əsasən də ABŞ dolları və avronun dəyəri son 6 ayda 5 faiz artıb. Yanacaq növlərində qiymət artımı, əsasən xaricdən idxal olunan ərzağın qiymətlərinə də təsir edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər