10 C
Baku
Wednesday, December 11, 2024

Ukraynadakı müharibə səbəbindən Avropa $1trilyon ziyana düşüb

Avropa ölkələri Rusiyanın Ukraynadakı müharibəsi nəticəsində enerji qiymətlərinin kəskin artması səbəbindən artıq təxminən 1 trilyon dollar itki verib.

Halbuki, son on ilin ən dərin böhranı yeni başlayır.

2022/23-cü ilin qışından sonra Avropa qaz ehtiyatlarını Rusiyasız doldurmalı olacaq. Mayeləşdirilmiş təbii qaz (LNG) idxalı üçün yeni imkanların tətbiqi baş tutsa belə, bazarın 2026-cı ilə qədər aktiv olacağı gözlənilir. Bu isə qiymətlərin yüksək səviyyədə qalacağı deməkdir.

Analitiklərin fikrincə, gələn il hökumətlər üçün bu böhranın öhdəsindən gəlmək daha çətin olacaq.

Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, Aİ bu il qaz tələbatını 50 milyard kubmetr azaltmağa nail olub, lakin region hələ də 2023-cü ildə 27 milyard kubmetr potensial kəsirlə üzləşə bilər.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər