5 C
Baku
Saturday, December 14, 2024

Ukraynadakı müharibənin iqtisadi artıma səbəb olduğu ölkələr – ARAŞDIRMA

Bu il Gürcüstan, Ermənistan və Tacikistan iqtisadiyyatının artım tempi ikirəqəmli ola bilər.

Rusiya mərbuatı xəbər verir ki, Bloomberg agentliyi Rusiyadan pul köçürmələrinin kəskin artması fonunda bu ölkələrin iqtisadiyyatlarının artım templərinin ikirəqəmli ola biləcəyini planlaşdırıb.

Agentlik yazır ki, Ermənistan Mərkəzi Bankı ÜDM-in artım proqnozunu 4,9%-dən 13%-ə qaldırıb.

Beynəlxalq Valyuta Fondu 2022-ci il üçün Gürcüstanın iqtisadi artımı ilə bağlı proqnozunu 10%-ə qaldıraraq buna Ukrayna müharibəsinin səbəb olduğu immiqrasiya və pul köçürmələrin artımına işarə edib.

Tacikistanda isə bu ilin ilk üç rübündə ÜDM artımı 7%-i ötüb.

Gürcüstan Milli Bankının məlumatına görə, bu il Rusiyadan ölkəyə daxil olan pul köçürmələrinin həcmi 5 dəfə artaraq bütün köçürmələrin 60%-dən çoxunu təşkil edərək 1,75 milyard dolları ötüb. İlk on ayda Ermənistana pul köçürmələri 2,8 milyarda dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən dörd dəfə çoxdur.

Bloomberg hesab edir ki, Gürcüstan, Ermənistan və Tacikistanın milli valyutaları 2022-ci ilin sonuna kimi dünya valyutaları arasında möhkəmlənməyə görə lider olub. Agentliyin məlumatına görə, ilin əvvəlindən erməni dramı ABŞ dollarına nisbətdə 22%-dən çox bahalaşaraq dünya valyutaları arasında artım lideri olub. Gürcüstan larisi və tacik somonu dollara nisbətdə müvafiq olaraq 16% və 10%-dən çox möhkəmlənib.

Mənbəapa.az
Son xəbərlər
Digər xəbərlər