18 C
Baku
Monday, April 29, 2024

Ukraynadan idxal edilən toxumluq kartofda karantin tətbiq edilən orqanizmlər aşkarlandı

Nəzarət tədbirləri zamanı fiziki şəxs Süleymanov Ramin Zahid oğlunun Ukrayna Respublikasından idxal etdiyi toxumluq kartof məhsulundan Agentliyin müfəttişləri tərəfindən götürülən nümunələrin müayinəsi nəticəsində məhsul partiyasında karantin tətbiq edilən zərərli orqanizmlər – kartof yumrularında halqavari çürümə və kartof gövdə nematodu aşkar olunub.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Aşkar edilmiş faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. 44 ton toxumluq kartofun məhv edilməsinə dair müvafiq qərar qəbul edilərək məhsul partiyası məhv edilib.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər