10 C
Baku
Thursday, December 12, 2024

Ukraynadan taxıl yüklü beş gəmi Türkiyə, İtaliya və Çinə yola düşəcək

BMT-nin verdiyi məlumata görə, Birləşmiş Koordinasiya Mərkəzi Qara dəniz taxıl təşəbbüsü çərçivəsində cümə axşamı ərzaq yüklü beş gəmiyə Ukrayna limanlarını tərk etməyə icazə verib.

“Birləşmiş Koordinasiya Mərkəzi Qara dəniz taxıl təşəbbüsü çərçivəsində ümumilikdə 83 241 ton taxıl və digər ərzaq məhsulları daşıyan beş gəminin yola salınmasına icazə verib”, – məlumatda deyilir.

İyulun 22-də İstanbulda BMT, Rusiya, Türkiyə və Ukraynanın iştirakı ilə Ukraynanın üç limanından – Çernomorsk, Odessa və Yujnı limanlarından taxıl ixracı üçün dəhlizin yaradılmasına dair iki sənəd imzalanıb.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər