16 C
Baku
Monday, May 6, 2024

“Ukraynanı NATO-ya üzv etsəydik, Rusiya hücum edə bilməzdi”

“Ukraynanın NATO-ya daxil olması ilə bağlı diplomatiya ikibaşlı olub”.

Bunu Böyük Britaniyanın sabiq baş naziri Boris Conson deyib.

“Əgər biz Ukraynanın NATO-ya üzv olması ilə bağlı dediyimizi əmələ keçirsəydik, ardıcıl olsaydıq, bu faciələr baş verməzdi”, – deyə o bildirib.

Conson Ukraynanın NATO üzvü olacağı təqdirdə Rusiyanın bu ölkəyə hücumdan çəkinəcəyini əlavə edib.

Qeyd edək ki, 2008-ci ildə keçirilmiş NATO-nun Buxarest sammitində Ukrayna və Gürcüstana “üzvlük hərəkət planı” verilməsi barədə konsensus əldə etmək mümkün olmamışdı.

MənbəModern.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər