Ukraynanın baş naziri Gürcüstana səfər edəcək

Ukraynanın baş naziri Denis Şmiqal Gürcüstana səfər edəcək.

XİN başçısı bu barədə gürcü həmkarı David Zalkaliani ilə Kiyevdə keçirdiyi görüşdə bildirib.

Tərəflər Ukrayna-Gürcüstan strateji tərəfdaşlığı, hər iki ölkənin Avropa İttifaqı və NATO-ya inteqrasiyası ilə bağlı ümumi hədəfləri vurğulayıblar.

Görüşdə müxtəlif sahələrdə əməkdaşlığın fəallaşdırılması və dərinləşdirilməsi imkanları da müzakirə olunub.

Son xəbərlər
Digər xəbərlər