Ukrayna prezidenti Vladimir Zelenskinin həyat yoldaşı Yelena Zelenskaya ikitərəfli poliseqmentar pnevmoniya diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Bu barədə ölkənin Prezident Administrasiyasının Məbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, iyunun 12-də Y.Zelenskayaya koronavirus diaqnozu qoyulub. Onun vəziyyətinin stabil olduğu bildirilir.
Xatırladaq ki, Ukraynada indiyədək 32 476 yoluxma faktı qeydə alınıb. Onlardan 14 528 nəfər sağalıb, 912 nəfər ölüb.