12 C
Baku
Friday, March 29, 2024

Ukraynanın dövlət borcu 107 milyardı ötüb

Noyabrın sonuna Ukraynanın dövlət borcu 107.46 milyard dolları ötüb. Son bir ayda dövlət borcunun həcmi 4.34 milyard dollar artıb, onun ölkənin ÜDM-ə nisbəti 83.1 faiz təşkil edib”, – deyə Ali Radanın vergi komitəsinin rəhbəri Daniil Getmantsev bildirib.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

Cənab Getmantsev aydınlaşdırıb ki, 2021-ci ilin sonuna bu nisbət ÜDM-in 48.9%-ni təşkil edib. Deputatın sözlərinə görə, dövlət borcunun artmasının əsas səbəbi büdcə kəsirinin maliyyələşdirilməsi üçün xarici borclanmadır. Xüsusilə, artımın üçdə ikisi Avropa İttifaqının güzəştli uzunmüddətli kreditlərindən, əsasən 2.5 milyard avroluq makromaliyyə yardımından əldə olunub. İlin əvvəlindən 11 ay ərzində Ukraynanın xarici valyutada dövlət borcu 9.7% (9.5 milyard dollar) artıb.

Beynəlxalq Valyuta Fondunun (BVF) proqnozlarına görə, 2022-ci ilin sonuna dövlət borcunun ÜDM-ə nisbəti 89.4% təşkil edəcək və 2023-cü ildə təxminən eyni səviyyədə (ÜDM-in 89.9%-i) qalacaq. BVF hesab edir ki, Ukraynanın bərpası üçün ayda 5 milyard dollar tələb oluna bilər. Ukrayna hökuməti öz növbəsində 2023-cü ildə büdcə xərclərinin gəlirləri iki dəfə üstələyəcəyini bildirib.

Son xəbərlər
Digər xəbərlər