8 C
Baku
Friday, December 13, 2024

Ukraynanın dövlət borcu aprelin sonunda 151 milyard dolları ötüb

Ukraynanın dövlət borcu 2024-cü ilin aprel ayının sonunda 151 milyard dolları ötüb.

Bu barədə Ali Radanın Maliyyə Komitəsinin rəhbəri Daniil Getmantsev teleqram kanalında məlumat verib.

Maliyyə Nazirliyinin məlumatına görə, 30 aprel 2024-cü il tarixinə dövlət borcu xarici valyuta ekvivalentində 151,5 milyard dollar təşkil edib.

Dövlət borcunun 71,5 faizi xarici, 28,5 faiz isə daxili borcun payına düşür. Dövlət borcunun 74%-dən çoxu xarici valyutadadır.

Qeyd edək ki, 2022-ci ilin fevralından Ukraynanın dövlət borcu 2,2 dəfə artıb.

Son xəbərlər
Digər xəbərlər