7 C
Baku
Thursday, December 12, 2024

Ukraynanın dövlət borcu ilin əvvəlindən 6.84 milyard dollar artıb

Ukraynanın dövlət və dövlət zəmanətli borcu cari ilin iyunun 30-dək 6 trilyon 168 milyard qrivna və ya 152.16 milyard dollar təşkil edib.

Bu barədə Ukrayna Maliyyə Nazirliyinin məlumatında bildirilir.

2024-cü ilin iyun ayında borcun məbləği qrivna ekvivalentində 52.71 qrivna, dollar ekvivalentində isə 1.16 milyard dollar artıb. İlin əvvəlindən dövlət borcu 6.84 milyard dollara çatıb.

Maliyyə Nazirliyinin məlumatına görə, hazırda dövlət borcu əsasən beynəlxalq tərəfdaşlardan uzunmüddətli güzəştli maliyyələşmənin artmasına görə böyüyür. Ukraynanın borcunun böyük hissəsini beynəlxalq maliyyə qurumları və digər ölkələrin hökumətlərindən alınan borclar təşkil edir.

Bununla belə Ukrayna Beynəlxalq Valyuta Fonduna 248.6 milyon dollar ödəyib.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər