Ukrayna Prezidentinin Ofisinin rəhbəri Mixail Podolyak Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin yüz minlərlə ukraynalı hərbçinin ölümü barədə açıqlamasına münasibət bildirib.
Podolyak qadın siyasətçinin açıq-aşkar səhv etdiyini deyib.
“Bu səbəbdən onlar videonu sildilər, rəqəmləri yığışdırdılar. Bizim Baş Qərargahın məlumatı var. Ali baş komandan bildirib ki, həlak olanların sayı 10-13 min arasıdır” – deyə Podolyak vurğulayıb.