6 C
Baku
Sunday, December 15, 2024

Ukraynanın hərbi xərcləri 49 milyard dolları ötüb

Ukrayna 2023-cü ildə dövlət büdcəsindən hərbi xərclərə 1,844 trilyon qrivna (49,14 milyard dollar) ayırıb.

Bu barədə Ukrayna Maliyyə Nazirliyi sosial media hesabında məlumat yayıb.

Dövlət büdcəsində təhlükəsizlik və müdafiə xərcləri mütləq prioritet olaraq qalır. 2023-cü ildə 1,844 trilyon qrivna və ya fond xərclərinin 60,8 faizi bu sahələrə ayrılıb. Nazirliyin məlumatına görə, həmin vəsait hərbi texnika, silahlar, döyüş sursatları, fərdi mühafizə vasitələri, yanacaq və ərzaq alınmasına, həmçinin hərbi qulluqçuların maliyyə təminatına və tibbi sığortaya yönəldilib.

2023-cü ildə Ukraynanın büdcə kəsiri 54,75 milyard dollar təşkil edib və onun böyük hissəsi Qərbin yardımı hesabına ödənilib. ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms Obrayen Rusiyanın təcavüzü başlayandan bəri müttəfiqlərin Ukraynaya 161 milyard dollar yardım etdiyini bildirib.

Ukraynanın 2024-cü il büdcəsində gəlirlər 49 milyard dollar, xərclər 92,9 milyard dollar, kəsir isə 43,9 milyard dollar həcmində hesablanıb. Kiyev, eyni zamanda, hərbi ehtiyaclara təxminən 46,9 milyard dollar xərclənməsini planlaşdırır.

Son xəbərlər
Digər xəbərlər