18 C
Baku
Saturday, April 27, 2024

Ukraynanın nəzarətində olan bütün AES-lər yenidən işə başlayıb

Ukrayna hakimiyyətinin nəzarətində olan bütün atom elektrik stansiyaları yenidən işə başlayıb.

Bu barədə Ukraynanın energetika naziri German Qaluşenko məlumat verib.

Onun sözlərinə görə, Ukraynadakı bütün 9 enerji blokunun fəaliyyəti bərpa edilib.

G.Qaluşenko bildirib ki, dekabrın 13-nə keçən gecə 1000 MVt gücündə 9-cu enerji bloku Ukraynanın enerji sisteminə qoşulub. Nazir konkret ad çəkməsə də, bu stansiyanın noyabrın 23-də raket hücumundan sonra bağlandığını vurğulayıb.

Xatırladaq ki, Ukraynanın enerji strukturuna ilk kütləvi hücum oktyabrın 10-da baş verib.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər