Ukraynanın NATO-ya üzvlüyü ilə bağlı müzakirələr oktyabrın ortalarında başlayacaq.
Bu barədə Ukraynanın Alyansdakı səfiri Nataliya Qalibarenko brifinqdə danışıb.
O bildirib ki, Ukraynanın İsveç və Finlandiya kimi hazırlıq mərhələsini ötürərək üzvlük üçün dərhal müraciət etməsi gözlənilən ssenari idi:
“Ukraynanın üzvlük ərizəsi dinamik dəyişikliklərə və hadisələrə reaksiyadır. Tərəfdaş ölkələr bundan xəbərdardır”, – o bildirib.
N.Qalibarenkonun sözlərinə görə, ilk addımlardan biri səfirlər səviyyəsində müzakirə olacaq.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski sentyabrın 30-da NATO-ya üzvlüyün sürətləndirilməsi ilə bağlı ərizə imzalamışdı.