Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının ölkə rəhbərliyinə tövsiyə etdiyi məhdudlaşdırıcı tədbirlər Rusiyanın 3 600-dən çox vətəndaşına şamil edilib.
Bu barədə Ukrayna İqtisadiyyat Nazirliyi məlumat yayıb.
İdarədən bildirilib ki, bu siyahıya Rusiyanın ali rəhbərliyinin nümayəndələri, o cümlədən onların qohumları və yaxın ətrafı, Silahlı Qüvvələrin komandanlığı, regional liderlər, iri sahibkarlar və sənət adamları daxildir. Ukrayna ərazisindəki “referendum”u izləyən beynəlxalq müşahidəçilərə də məhdudiyyətlər qoyulub.