15 C
Baku
Saturday, April 20, 2024

“Ukraynaya Aİ-nin üzvlüyünə namizəd statusu verilməsi Rusiyaya güclü siqnaldır”

Ukraynaya Avropa İttifaqı üzvlüyünə namizəd statusunun verilməsi Rusiya üçün güclü siqnaldır.

Bu barədə Fransa Prezidenti Emmanuel Makron Aİ liderlərinin sammitindən sonra bildirib.

Makron, həmçinin vurğulayıb ki, düzgün siyasi jest bu gün güclü və vahid Avropa tərəfindən edilib.

“Bu, uzun bir yol olacaq, tələbkar olacaq. Ukrayna, Moldova və Gürcüstanın Avropaya inteqrasiya proseslərində sürətlə hərəkət etmək üçün hər şey var”, – Fransa lideri əlavə edib.

Qeyd edək ki, Aİ-nin Brüsseldə keçirilən sammitinin birinci günü Ukrayna və Moldovaya namizəd statusunun verilməsi ilə bağlı yekdil qərarla yekunlaşıb. Gürcüstana gəlincə, o, daha bir neçə şərt yerinə yetirməlidir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər