10 C
Baku
Monday, November 18, 2024

“Ultra-yumşaq” Yaponiya Mərkəzi Bankı – Mənfi faizlərdən niyə çıxmır?

Yaponiya Bankı (mərkəzi bank) uçot faiz dərəcəsini gözlənildiyi kimi neqativ səviyyədə saxladı və bu dünya mərkəzi bankları ilə müqayisədə olduqca yumşaq pul siyasətinin davamıdır.

Banker.az xəbər verir ki, Yaponiya Bankının (BOJ) yeni sədri uçot faiz dərəcəsini mənfi 0.10 faizdə sabit saxladı və bu indiyə qədər iqtisadçıların konsensus proqnozları ilə üst-üstə düşür.

Bu xəbər ardından yapon valyutası yen ABŞ dolları qarşısında 0.8% ucuzlaşmaqla 1 dollar üçün 134.91 yen səviyyəsindən də aşağı düşüb.

Yaponiya Bankı faizləri neqativ zonada saxlasa da, hələlik kəmiyyət yumşalmasını davam etdirəcəyi, yaxın müddətdə gəlir əyrisinə nəzarət tədbirlərinə “səbirlə” davam edəcəyini deyib. Lakin maaşların artması və hökumət subsidiyalarının azalan təsirləri fonunda 2023-cü maliyyə ili üçün inflyasiya proqnozunu artırdı.

Cümə günü verilən qərar cəmi üç həftə əvvəl BOJ sədri vəzifəsini icra edən Kazuo Ueda dövründə ilk pul siyasəti iclasıdır. Ueda daha əvvəl ölkədəki pul siyasətinin yaxın perspektivdə əsasən dəyişməz qalacağına işarə etmişdi.

Bank bu gün yaydığı bəyanatda, mövqeyi təkrarlayaraq, Yaponiya iqtisadiyyatı üçün “yüksək qeyri-müəyyənliklərin” bankın 2% inflyasiya hədəfinə çatana qədər “səbirlə monetar yumşalma ilə davam edəcəyini” ifadə etdi.

Yaponiyada monetar siyasət:

File:Japan interest rates.png - Wikimedia Commons

Yaponiya dünyanın 3 ən iri iqtisadiyyatından biri kimi indiyə qədər faizlərə toxunmayan yeganə bankdır. ABŞ Federal Ehtiyat Sistemi dolların inflyasiyasına qarşı faizləri 0.25%-dən 5.00%-ə qədər çəkib. Bu nəticə olaraq yenanın rəqibi dollar qarşısında böyük itki ilə üzləşdirib. əsas valyutalardan dollara qarşı ən çox dəyər itirən məhz yapon puludur. Yen 1 dollar qarşı 2022-ci ilin martında 115 yen səviyyəsindən oktyabr ayına 150 yen səviyyəsinə qədər kəskin uculaşma yaşamışdı.

Lakin Yaponiya illərdir ki, deflyasiya (inflyasiyanın əksi) ilə mübarizə apararaq mənfi kredit pul siyasətinə əl atıb ki, iqtisadiyyatda pul çoxluğu yaranmaqla stimul olsun. Digər tərəfdən Yapon Bankı ilə ABŞ mərkəzi bankı eyni “lüks”a malik deyillər. Ölkələrin inşsizlik və inflyasiya fərqi arasında böyük fərq var. Məsələn, ABŞ-də 9% üzərində inflyasiya yaşanarkən həmin dövrdə Yaponiyada bu 3-4% aralığında dəyişirdi.

Yaponiyada mart ayı üzrə inflyasiyanın 3.2% olduğu açıqlandığı halda, bu ABŞ-də 5%-dir. İşsizlik səviyyəsi ABŞ-də 3.5% olarkən, bu Yaponiyada 2.8%-dir.

Mərkəzi bank 2023-cü maliyyə ili üçün istehlak qiymətləri indeksi (inflyasiya) proqnozunu bir qədər artırdı, indi inflyasiyanın 2.5% ətrafında olacağını gözləyir ki, bu da yanvar proqnozundan 1.5% -dən 2% yüksəkdir. Daha sonra 2024 və 2025-ci maliyyə illərində inflyasiyanın 1.5% ilə 2% arasında meyl edəcəyi gözlənilir.

Bank müsbət istehsal boşluğunu, daha sərt əmək bazarı şərtlərini və bu ilin əvvəlində tətbiq edilən elektrik enerjisinə dövlət subsidiyalarının yumşaldılması səbəbindən inflyasiyanın 2023-cü ilin sonuna doğru yüksəlməsini gözləyir.234

 

Son xəbərlər
Digər xəbərlər