Ülvi Mansurov “Azərbaycan İnvestisiya Şirkəti”nin icraçı direktoru təyin edildi

“Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru vəzifəsi Ülvi Mansurova həvalə edilib.

Banker.az xəbər verir ki, bununla bağlı İqtisadiyyat Naziri Mikayıl Cabbarov əmr imzalayıb.

Bundan öncə bu vəzifəni Allahverdi Paşayev tuturdu.

Ülvi Mansurov 2012-2015-ci illərdə Britanıyanın Uorvik Universitetində təhsil alıb, “Warwick Business School” proqramının məzunudur. İqtisadiyyat üzrə fəlsəfə doktorudur. O, “Bank Technique” İdarə Heyətinin sədri, Azərbaycan Beynəlxalq Bankının İdarə Heyəti sədr müavini, “Azərpoçt” MMC-nin baş direktoru vəzifələrində çalışıb. Son təyinatına qədər isə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Rəqəmsal vergi inzibatçılığı Baş İdarəsinin rəisi vəzifəsində fəaliyyət göstərib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər