Ümumdünya şəbəkəsinin başlanğıc kodu hərracda 5.4 mln. dollara satılıb

“World Wide Web” (WWW, Ümumdünya şəbəkəsi) sisteminin yaradıcısı Tim Berners-Li 1990-1991-ci illər arasında yaratdığı texnologiyanın başlanğıc kodunu hərracda satıb.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

“Sotheby’s” hərrac evinin saytında verilən məlumata görə, lot 5.4 milyon dollardan yüksək qiymətə satılıb. Alıcının adı açıqlanmayıb.

Qeyd edək ki, “World Wide Web” sistemi istifadəçilərin kompüter şəbəkəsindəki fayllar arasında əlaqələr yaratmasına və müxtəlif linklərə keçməsinə imkan verən ilk brauzer olub.

Təqribən 10 min sətir başlanğıc kodundan əlavə olaraq qalib şəxs bu texnologiyanın necə istifadə ediləcəyi barədə təlimatlar, o cümlədən müəllifin imzası olduğu “poster” əldə edib. Lot NFT-tokeni (non-fungible token, NFT) şəklində satılıb – o, blokçeyndə bənzərsiz bir şeyə sahib olmaq hüququnu təsdiqləyir.

“Financial Times”ın verdiyi məlumata görə, Berners-Linin yazdığı kod daha əvvəl patentləşdirilməyib, İsveçrədə yerləşən CERN laboratoriyası isə onu ümumbəşəri əmlak kimi qeydə alıb.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.