7 C
Baku
Thursday, December 12, 2024

UNCTAD: “İnkişaf etməkdə olan ölkələrin xarici borcu ödəmək üçün 310 mlrd dollara ehtiyacı olacaq”

İnkişaf etməkdə olan ölkələrin bu il üzrə xarici dövlət borcu üzrə xidmət tələblərini ödəmək üçün 310 milyard ABŞ dolları ehtiyacları olacağı proqnozlaşdırılır ki, bu da, 2020-ci ilin sonuna ödənilməmiş xarici dövlət borcu ehtiyatının 9.2 %-nə bərabərdir.

Bu barədə Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransının (UNCTAD) yenilənmiş “Ticarət və İnkişaf” hesabatında bildirilib.

Sənədə əsasən, Ukraynada davam edən müharibə, enerji daşıyıcıları və xammal üzrə beynəlxalq qiymətləri üzərində təzyiqi artırıb, ev təsərrüfatlarının büdcələrini genişləndirib və istehsal xərclərini artırıb, ticarətdəki fasilələr və sanksiyalar uzunmüddətli investisiyalara mənfi təsir göstərə bilər. Pandemiya səbəbi ilə yaşanan problemlər azalarkən, geosiyasi böhran ölkə daxili etimada zərbə vurub.

“Qiymət artımlarının əlavə təzyiqi, fiskal tərəfi də daxil olmaqla, inkişaf etmiş iqtisadiyyatlarda siyasi reaksiya çağırışlarını gücləndirir və iqtisadi artımda gözləniləndən daha kəskin yavaşlama təhlükəsi yaradır.

Ərzaq və yanacağın qiymətlərinin yüksəlməsi, inkişaf etməkdə olan ölkələrdə ən həssas təbəqələrə dərhal təsir göstərəcək və gəlirlərinin çox hissəsini ərzağa xərcləyən ev təsərrüfatları üçün aclıq və çətinliklə nəticələnəcək. Amma alıcılıq və real xərcləmə qabiliyyətinin azalması son nəticədə hər kəs tərəfindən hiss olunacaq.

Ərzaq və yanacaq idxalından çox asılı olan bir çox inkişaf etməkdə olan ölkələrdə təhlükə daha ciddidir, çünki yüksək qiymətlər dolanışıq qaynaqlarını və investisiya axınlarını təhdid edir, ticarət balansının kəsirinin genişləndirilməsi riskini artırır”, – UNCTAD hesab edir.

Hesabata əsasən, inkişaf etmiş iqtisadiyyatlardakı faiz artımları ilə yanaşı, qlobal maliyyə bazarlarında nizamsız hərəkətlər, inkişaf etməkdə olan iqtisadiyyatlar üçün dağıdıcı birləşmə yarada bilər.

“İnvestorlar təhlükəsiz sığınacaq axtardıqca əmtəə, valyuta və istiqraz bazarlarında qeyri-sabitlik, inkişaf etməkdə olan iqtisadiyyatların maliyyə öhdəlikləri üzərindəki daha yüksək risk marjı ilə birlikdə kapitalın çıxışını sürətlədirib.

İnkişaf etməkdə olan ölkə istiqrazlarının gəlirliliyi 2021-ci ilin sentyabr ayından etibarən artmaqdadır. Artım geniş və daha sərt maliyyə şərtlərinin açıq siqnalıdır. Ukraynada münaqişənin başlamasından bəri inkişaf etməkdə olan ölkələr üçün gəlirlilik orta hesabla daha 36 faiz bəndi artıb, bununla birliktə, ərzaq idxalından çox asılı olan ölkələrdə daha yüksək artımlar yaşanır.

Cari əməliyyatlar hesabının mövqeyi və xarici ehtiyatlar kimi ənənəvi maliyyə göstəricilərinin, dəyişən xarici maliyyə şərtlərinə qarşı həssaslıq haqqında tam təsəvvür yaratmır”, – hesabatda bildirilir.

Son xəbərlər
Digər xəbərlər