15 C
Baku
Saturday, April 20, 2024

UNEC-ə yeni prorektor təyin olunub

Azərbaycan Dövlət İqtisad Universitetimnin Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor vəzifəsinə yeni təyinat olub.

UNEC-dən verilən məlumata görə, rektor Ədalət Muradov yeni prorektor Neman Muradlını Beynəlxalq əməkdaşlıq departamentinin kollektivinə təqdim edib.

Qeyd edək ki, Neman Muradlı 1986-cı ildə anadan olub. 2007-ci ildə BDU-nun Hüquq fakültəsini bitirib. 2009-2010-cu illərdə Koreya Respublikasında Koreya İnkişaf İnstitutunun Dövlət siyasəti və idarəetmə fakültəsində magistr təhsili alıb. 2011-2017-ci illrədə Kyung HEE Universitetinin Dövlət idarəetməsi fakültəsində doktorantura təhsili alıb. 2017-ci ildə namizədlik dissertasiya işini müdafiə edərək, Kyung HEE Universiteti tərəfindən “Dövlət idarəetməsi” üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

2013-2015-ci illərdə Seul şəhərində fəaliyyət göstərən Samsung Engineering şirkətində, 2015-ci ildən 2021-ci ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Fondunda işləyib. 2017-ci ildən UNEC-in İqtisadiyyat və idarəetmə kafedrasının müəllimidir. 2021-ci ilin oktyabrında UNEC-in Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor vəzifəsinə təyin olunub. İngilis, türk və koreya dillərini mükəmməl bilir.

 

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər