10 C
Baku
Friday, December 13, 2024

UNEC tələbələri AccessBank-da daxili audit işinin təşkilini öyrənib

AccessBank-ın UNEC-də reallaşdırdığı “Access Business Talks” layihəsinin budəfəki qonağı bankın Daxili audit departamentinin direktoru Zaur Məhərrəmov olub.

Tələbələr qarşısında təqdimatla çıxış edən mütəxəssis rəhbərlik etdiyi departamentin iş prinsipi barədə məlumat verib. Nəzərə alsaq ki, “Access Business Talks” layihəsinin iştirakçısı olan tələbələrin böyük hissəsi gələcəyin auditorlarıdır, qonaq xeyli sayda suallarla üzləşdi. Yeri gəlmişkən, “UNEC Business English Conversation Club” layihəsində aktiv iştirak edən iştirak iki tələbə hazırda AccessBank-ın Daxili audit departamentində təcrübə keçir. 

Daxili audit xidmətinin fəaliyyəti bankın biznes və dəstək proseslərinin effektivliyinin artırılmasına yönəlib“, – deyə Zaur Məhərrəmov bildirib.

Tələbələr daxili və xarici (müstəqil) auditin fərqləri ilə də maraqlanıb. Buna cavab olaraq qonaq deyib ki, müstəqil audit ildə bir dəfə maliyyə hesabatlığını yoxladığı halda, daxili audit daim banka xidmət göstərir.

Zaur Məhərrəmov əlavə edib ki, yoxlamalar bir neçə məqsəd daşıyır: “Birincisi, rəhbərlik biznes proseslərini daha da təkmilləşdirmək istəyir ki, bununla da həm vaxt, həm də vəsait qənaətinə nail olmağa çalışır. İkincisi, obyektiv və hərtərəfli daxili audit istənilən şirkətin rəhbərliyinin marağındadır. Beləliklə, rəhbərlik daxildə baş verən istənilən proseslərdən xəbərdar olur və müvafiq qərarları rahatlıqla qəbul edir“.

Sualların cavablandırılması zamanı departament rəhbəri tələbələrə AccessBank-dakı təcrübəsindən müxtəlif misallar çəkib.

Qeyd edək ki, 10 həftə davam edəcək “Access Business Talks” layihəsi çərçivəsində AccessBank-ın əməkdaşları, IELTS və müxtəlif iqtisadi sahələrin mütəxəssisləri tələbələrlə öz təcrübələrini bölüşür. Böyük hissəsi ingilis dilində aparılan bu çıxışların əsas məqsədi tələbələrin dil biliklərini artırmaqla yanaşı, dünyagörüşünün formalaşdırılması, iqtisadiyyat, biznes, maliyyə kimi sahələrdə yeni məlumatların əldə edilməsidir.

Tələbələr üçün layihə davam etdiyi müddətdə maraqlı görüşlərlə yanaşı, bankda təşkil olunacaq ekskursiyada hər bir struktur bölmənin iş prosesi ilə yaxından tanış olmaq imkanı yaranacaq. Bundan başqa, layihə bitdikdən sonra tələbələr “AccessBank”da təcrübə proqramı keçib və müvafiq sertifikatla təltif olunacaq.

unecaprel

unecaprel2

 

 

 

Son xəbərlər
Digər xəbərlər