UNESCO-nun baş direktoru Odri Azule bildirib ki, dünyada təxminən 770 milyon yetkin insan oxuya və yaza bilmir, onların üçdə iksi – qadınlardır. Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.
BMT və UNESCO-nun məlumatına görə, savad problemi ən çox Afrika ölkələrində qeydə alınır. Bu göstərici üzrə anti-rekord Somaliyə məxsusdur. Orada 15 və daha yuxarı yaşlılar arasında əhalinin yalnız 5%-i oxuyub yaza bilir. İkinci yeri Çad (22%), üçüncü yeri isə Mali (31%) tutur.
2019-cu ilin məlumatlarına əsasən, dünya əhalisinin 86%-dən çoxu oxuyub yaza bilir. 1979-ci ildə bu göstərici cəmi 68% olub. Bununla belə, UNESCO-ya görə, koronavirus pandemiyası bir çox ölkədə təhsilə mane olub. Təşkilatın məlumatına görə, 500 milyondan çox tələbə oxumağı və yazmağı öyrənməyə davam edə bilməyib və ya karantin səbəbindən məktəblərin bağlanması səbəbindən öyrənməyə başlaya bilməyib.