“Unibank” 2019-cu ilin 9 ayını 66,803 mln manat xalis mənfəətlə başa vurub. Ötən ilin müvafiq dövrüylə müqayisədə bankın xalis mənfəəti 2 dəfəyə yaxın artıb.
Banker.az bu barədə bankın hesabatına istinadən xəbər verir.
2019-cu ilin 9 ayında bankın cəmi aktivləri 787,771 mln manat olub ki, bu da 2018-ci ilin analoji dövrüylə müqayisədə 18% artım deməkdir. Bunun 425,114 mln manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, illik müqayisədə “Unibank”ın kredit portfeli 7% böyüyüb.
“Unibank”ın cari ildə cəmi öhdəlikləri 14% artaraq 664,940 mln manat olub. Bankın depozit portfeli isə 528,736 mln manat təşkil edib. 2018-ci ilin eyni dövrüylə müqayisədə bu il bankın depozit portfeli 28% artıb.
Bu il bankın cəmi kapitalı 45% artaraq 122,832 milyon manat təşkil edib.