14 C
Baku
Thursday, April 25, 2024

Unibank balaca dostlarını sevindirdi

Unibank əməkdaşları 1 iyun -Uşaqların Beynəlxalq Müdafiəsi günündə Buzovna qəsəbəsində yerləşən 3 saylı Uşaq evinin qonağı olub və  bayram münasibəti ilə uşaqları təbrik ediblər.

Öz fəaliyyətində sosial layihələrə, xüsusən də qayğıya ehtiyacı olan uşaqlarla bağlı tədbirlərə önəm verən Unibank-ın bayram hədiyyəsi də fərqli olub. Unibank əməkdaşları, Uşaqların Beynəlxalq Müdafiəsi günündə uşaqlara onların biliklərinin artırılmasına, inkişafına töhfə verəcək kitablar hədiyyə ediblər.

IMG_3463

Nağıl kitabları ilə yanaşı, ensklopedik nəşrlər, əyləncəli jurnallar uşaqların çox xoşuna gəlib. Bank əməkdaşları qayğıya ehtiyacı olan uşaqlara sağlam və savadlı böyüməyi arzulayıblar.

Öz fəaliyyətində sosial layihələrə, xüsusən də qayğıya ehtiyacı olan uşaqlarla bağlı tədbirlərə önəm verən Unibank, bundan sonra da sosial aksiyalar keçirməkdə, sosial layihələrə dəstək verməkdə davam edəcək.

Unibank – hər kəsin bankı.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər