6 C
Baku
Sunday, December 15, 2024

Unibank biznes sahibləri üçün kartları pulsuz etdi, komissiyaları endirdi®

Yerli biznesin etibarlı tərəfdaş dəstəyinə ehtiyac duyduğu bu günlərdə, Unibank biznes sahibləri üçün yeni kampaniya keçirir. “Gəl bizə” kampaniyası mayın 12-dən başlayır və biznes  sahiblərinə çoxsaylı güzəştlər nəzərdə tutulur. Kampaniya müddətində bankda hesab açan hüquqi şəxslər və fərdi sahibkarlar aşağıda qeyd olunan xidmətlərindən çox sərfəli şərtlərlə faydalana biləcəklər:

  • Biznes kartlar- Pulsuz
  • Əmək haqqı kartları – Pulsuz
  • Əmək haqqı layihəsi üzrə komissiya-  50% endirim
  • Ölkədaxili pul köçürmələri üzrə komissiya- 50% endirim
  • Konvertasiya üzrə komissiya-  50% endirim 

“Unibank”da hesab açmaq istəyən fərdi sahibkarlar banka gəlmədən hesab aça bilərlər.Onlayn hesab açılan zaman rekvizitlər birbaşa biznes sahibinin özünə göndərilir və hesabı aktivləşdirmək üçün də banka gəlməyə ehtiyac qalmır.

“Unibank”da onlayn hesab açmaq üçün sadəcə bunları etmək lazımdır:

Unibank.az saytından (https://hesab.unibank.az/login) “Onlayn hesab açın” bölməsinə daxil olursunuz;

– Buradakı ərizə formasını doldurub ASAN İmza vasitəsilə imzalayırsınız;

– Sizə uyğun vaxtda bank ilə videozəng əlaqəsi qurduqdan həmən sonra hesabınız aktiv edilir və rekvizitlər sizin elektron poçtunuza göndərilir;

– Onlayn hesab açılan kimi dərhal İnternet Bankinq və Mobil Bankinq xidmətləri də aktiv olunur və hesabınızda istədiyiniz əməliyyatı artıq apara bilərsiniz.

Unibank geniş çeşidli məhsul və xidmətləri ilə biznes sahiblərinin xidmətindədir. Sahibkarlar həftə ərzində saat 10.00-dan 14.00-dək “Qara Qarayev”, “İçərişəhər” , “Dərnəgül”, “Yasamal”, 15 saylı, “Neftçilər”, “Əhmədli”, “Əcəmi” filiallar və “Unibank- biznes mərkəzi”nə, eləcə də “Unibank”ın bölgə filiallarına müraciət edə bilərlər. Ətraflı məlumatı (012) 117 nömrəli telefondan http://www.unibank.az/az/corporate-clients əldə etmək olar.

Unibank- Biznesinizə daimi dəstək!

Son xəbərlər
Digər xəbərlər