20 C
Baku
Tuesday, October 8, 2024

Unibank-dan endirim kampaniyası

Unibank-dan kredit götürən müştərilərə 3%-dən 6%-dək endirim kampaniyasına başladı.
Nağd kredit alan hər kəs Nissan avtomobili qazanmaq şansını əldə edə bilər. Lotereya çərçivəsində, bankın 3 müştərisi avtomobil əldə etmək şansı qazanacaq. Martın 10-dək davam edən kampaniya çərçivəsində Unibankdan 6% -dək endirimlə kredit götürən 3 nəfər Nissan avtomobili qazanacaq. 1-ci tirajın qalibi Nissan Sunny, ikinci tirajın qalibi Nissan Tiida, 3-cü tirajın qalibi isə Nissan Altima markalı avtomobilin sahibi olacaq.

Hər tirajda 5 ədəd olmaqla, lotereyada 15 İPhone 5 telefonu da oynanılır. Lotereya müddətində 90 nəfər müştəri 100 AZN-lik pul uduşuna sahib olacaq.

Şərtlərə əsasən, lotereya müddətində müştərinin bankdan götürdüyü Nağd kreditin hər 100 AZN/USD-si 1 şans kimi qiymətləndirilir. Əgər müştəri Unibank-dan ilk dəfə kredit götürürsə, bu zaman həmin müştərinin götürdüyü nağd kreditin hər 100 AZN/USD –si 2 şans kimi qiymətləndiriləcək.

Peşəsindən asılı olmayaraq, 20 yaşdan 70 yaşadək Azərbaycan Respublikasının hər bir vətəndaşı şəxsiyyət vəsiqəsi və iş yerindən arayış (iş yerindən əmək haqqı arayışı, təqaüd haqqında arayış, rəsmi təsdiqlə əmək haqqı kartı hesabından son 6 ayın çıxarışı) təqdim etməklə, Unibank-dan 7500 AZN-dək və 48 ay müddətədək kredit götürə bilər. Üstəlik kredit alanlara minimum 100 AZN balanslı üzvlük kartı da verilir.

Son xəbərlər
Digər xəbərlər