“Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin apardığı reyestrə daxil olmaq üçün banklar və bank olmayan kredit təşkilatlarının müraciətlərinə baxılması Qaydası”na əsasən yeni bir bank da bu reyestrə daxil edilib.
“Unibank KB” ASC də Dövlət Gömrük Komitəsinin apardığı reyestrə daxil edilmiş kredit təşkilatlarının siyahısına daxil edilib.
Qarantiyanın minimal həddi $1 mln., maksimal həddi isə $2 mln. olacaqdır. “Unibank” bununla hazırda reyestrdə 11 bankdan biridir.
Bundan öncə bu reyestrdən “Premium Bank” ASC çıxıb, əvəzində, “Bank Respublika” ASC daxil edilmişdir.
“Premium Bank” bununla bağlı açıqlamasında müqavilə üzrə məsələr səbəbindən oradan çıxarıldığını bildirib, tezliklə qayıdacağı gözlənilir.