12 C
Baku
Wednesday, December 11, 2024

Unibank-ın Müşahidə Şurası və İdarə Heyətinə yeni təyinatlar gözlənilir

“Unibank KB” ASC-nin Səhmdarlarınnın İllik Ümumi Yığıncağı keçirləcək.

Banker.az-ın əldə etdiyi məlumata görə, bu barədə İdarə Heyətinin açıqlamasında deyilir.

Məlumata görə, gündəliyə, 2017-ci il üzrə Bankın maliyyə hesabatlarının təsdiqi; Bankın investisiya qiymətli kağızlarının emitenti olaraq 2017-ci il üzrə illik hesabatının
təsdiqi; Bankın idarəetmə orqanlarının üzvlərinin seçilməsi barədə; Müşahidə Şurasının üzvlərinin dəyişilməsi və yenidən seçilməsi, Müşahidə Şurasının sədrinin və onun müavini təyin edilməsi; İdarə Heyətinin üzvünün seçilməsi və İdarə Heyətinin sədrinin təyin edilməsi; Audit Komitəsinin üzvlərinin seçilməsi və Audit Komitəsinin sədrinin təyin edilməsi; 2018-ci il üzrə Bankın kənar auditorların təyin edilməsi barədə və xüsusi əhəmiyyətli əqdlərin təsdiq edilməsi kimi məsəllər daxil edilib.

Qeyd edək ki, yığıncaq 24 may 2018-ci il tarixində, saat 15:00-da Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində keçiriləcəkdir. Səhmdarlar yığıncağın gündəliyində nəzərdə tutulumuş məsələlər üzrə materiallarla Bankın Bakı şəhəri, Rəşid Behbudov küçəsi, 55 ünvanında yerləşən Baş Ofisində, Təşkilati işlər və katiblik şöbəsi ilə əlaqə saxlamaqla tanış ola bilərlər.

Son xəbərlər
Digər xəbərlər