Bu günlərdə Unibank kartları ilə alış-veriş etmək daha da çox qazanc gətirəcək. 22 fevraldan etibarən Unibank müştəriləri əsl festival havasında olacaqlar.
Banker.az xəbər verir ki, hər gün Unibank kart sahiblərini müxtəlif ticarət, xidmət mərkəzlərində sürprizlər gözləyir. “Kəşbək festivalı” müddətində Albalı Plus kredit kartı ilə edilən hər bir ödəniş zamanı ödənilən vəsaitin 10% -i kart sahibinin balansına geri qayıdacaq.
“Kəşbək festivalı”nın harda və nə zaman baş tutacağını isə “Unibank”ın rəsmi saytını və sosial şəbəkələrini izləyərək xəbərdar olacaqsınız. Festivalın keçirildiyi dörd gün ərzində bankın feysbuk və instaqram səhifələrini izləməklə, həmin gün harda alış-verişin sizə 10% kəşbək qazandıracağından xəbər tutacaqsınız.
Bu kampaniya bütün POS-terminallarda edilən ödənişlər üçün keçərlidir.
Bazardakı bank kartlarının müqayisəsi göstərir ki, Unibank kartları ən çox kəşbək qazandıran kart məhsullarındandır. İndiyədək Unibank kart sahiblərinin qazandığı kəşbək məbləğinin həcmi 1,4 milyon manata yaxınlaşıb.
Hazırda 1000-ə yaxın partnyor mağaza və xidmət mərkəzlərində Unibank kartları ilə edilən ödənişlər zamanı kart sahibinin xərclədiyi vəsaitin bir hissəsi müştərinin hesabına qayıdır. Bankın bütün əmək haqqı kartları və eləcə də Albalı Plus kredit və Albalı Plus debet kart sahibləri partnyor mağazalarda alış- veriş edərkən, xidmətlərdən istifadə edərkən, xərclədikləri vəsaitin 30%-dək hissəsi karta geri qayıdır.
Partnyor şəbəkəsində (https://unibank.az/az/cards/cashback) istənilən sektordan – supermarket, geyim, aksesuar, parfümeriya, texnika, turizm, səhiyyə və tibb, avto, ev əşyaları və digər tərəfdaşları tapmaq mümkündür.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud sosial şəbəkələrindən (www.facebook.com/unibank.az , https://www.instagram.com/unibank.az/ https://twitter.com/unibank) əldə etmək olar.
Unibank- hər kəsin bankı!