13 C
Baku
Friday, March 29, 2024

“Unibank KB” gəlirlərinin həcminə görə ən böyüklərin sırasında

“Unibank KB” ASC 2021-ci ildəki mənfəət/zərər hesabatından məlum olur ki, bank gəlirlərində mühüm artımlar edə bilib.

Banker.az xəbər verir ki, ilin ilk yarımilində bankın faiz gəlirlərinin həcmi 26.9% artımla 54.71 mln. manata çatıb. Bu artıma səbəb isə müştərilərə verdiyi kreditlərin 31.7% artımla 53.05 mln. manata yüksəlməsidir. Hazırda “Unibank KB” ölkədə faiz gəlirlərinin həcminə görə, “Kapital Bank”, ABB və “PAŞA Bank”dan sonra 4-cü ən böyük bankdır.

Bankın faiz xərclərinin həcmi də 32.5% artımla 18.11 mln. manata çatsa da, xalis faiz gəlirindəki artım 36.61 mln. manat (+24.4%) olmuşdur.

Qeyri-faiz gəlirləri 58.7% artımla 18.21 mln. manata, qeyri-faiz xərcləri isə 28.1% artımla 42.84 mln. manata yüksəlib. Bununla da, əməliyyat mənfəəti  11.98 mln. manat təşkil edib. Bank ilin yanvar-iyun aralığında mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar üçün 8.06 mln. manat ayırdıqdan sonra xalis mənfəətini 3.91 mln. manat təşkil edib.

Bu xalis mənfəətdən sonra bankın balansındakı illərin yığılmış zərəri 36.37 mln. manata qədər azalmışdır.

Bankın aktivləri 892.93 mln. manatdır. Bunun 121.55 mln. manatı nağd pul, 43.77 mln. manatı qiymətli kağızlar, 661.26 mln. manatı müştərilərə verilmiş kredit, o cümlədən 380.7 mln. manatı istehlak, 222.16 mln. manatı biznes və 58.4 mln. manatı daşınmaz əmlak kreditləri təşkil etmişdir.

“Unibank”ın öhdəliklərinin həcmi 10.6% artımla 795.6 mln. manata çatıb. Burada 619.09 mln. manatı depozitlər, o cümlədən 521.36 mln. manatı fiziki şəxslərin və 97.73 mln. manatı isə hüquqi şəxslərin vəsaitləri təşkil etmişdir.

Məfəət və zərər haqqında hesabat

(min manatla)
proLosStatem Cari dövr Keçən ilin müvafiq dövrü
1 Faiz gəlirləri:          54,712                43,106  
1.1 Müştərilərə verilmiş kreditlər          53,050              40,280
1.2 Banklar və digər maliyyə institutlarına verilən kreditlər üzrə faiz gəlirləri               145                   145
1.3 Banklar və digər maliyyə institutlarındakı depozitlər üzrə faiz gəlirləri               114                1,001
1.4 Ticarət və investisiya qiymətli kağızları üzrə faiz gəlirləri            1,372                1,532
1.5 Digər faiz gəlirləri                30                   148
2 Faiz xərcləri: –        18,106   –            13,669  
2.1 Depozitlər üzrə faizlər –        14,888 –            10,284
2.2 Mərkəzi bank və dövlət fondları qarşısında öhdəliklər üzrə faiz xərcləri –              17 –                   16
2.3 Cəlb edilmiş kreditlərə görə ödənilən faizlər –          2,690 –              2,850
2.4 Pul bazarı alətlərinə ödənilən faizlər                 –               –
2.5 Qiymətli kağızlar üzrə faizlər                 –               –
2.6 Subordinasiya borc öhdəlikləri üzrə faizlər –             510 –                 518
2.7 Digər faiz xərcləri                 –               –
3 Xalis faiz gəliri/(zərəri)          36,606                29,437  
4 Qeyri-faiz gəlirləri:          18,209                11,470  
4.1 Alınan haqq və kommisiya gəliri          11,999                7,903
4.2 Xarici valyutadan gəlir/zərər (məzənnə dəyişməsi daxil olmaqla)            1,096                1,950
4.3 Qiymətli kağızların satışından və yenidən qiymətləndirilməsindən gəlir/(zərər) –             101 –                 340
4.4 Digər gəlirlər            5,214                1,957
5 Qeyri-faiz xərcləri: –        42,836   –            33,441  
5.1 Əmək haqqı və digər kompensiya növləri üzrə xərclər –        19,405 –            15,388
5.2 Ümumi və inzibati xərclər –        11,025 –              3,532
5.3 Amortizasiya xərcləri –          3,124 –              2,655
5.4 Digər xərclər –          9,282 –            11,865
6 (Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlar) –          8,063                  1,629  
7 Mənfəət vergisindən əvvəlki mənfəət(zərər)            3,915                  9,095  
8 Mənfəət vergisi                 –               –
9 Dövr üzrə xalis mənfəət            3,915                  9,095  

 

Son xəbərlər
Digər xəbərlər