13 C
Baku
Sunday, November 24, 2024

Unibank maliyyə hesabatlarını açıqladı

Azərbaycanın ən böyük riteyl banklarından biri maliyyə göstəricilərini açıqladı

Banker.azın banka istinadən verdiyi məlumata əsasən, Unibank 2016-cı ilin 3-cü rübünə dair maliyyə hesabatlarına açıqlayıb.

Unibankın aktivlərinin həcmi 2016-cı ilin 1-ci rübünün sonundan  822 mln. manatdan  727 mln. manata enmişdir. Müvafiq dövr üzrə öhdəliklərin həcmi 744 mln. Manatdan 658 mln. manata düşmüşdür.

Bankın hesabatında diqqəti cəlb edən nüanslardan biridə gəlir və xərclər hesabatındakı rəqəmlərdir. Belə ki, şirkət 2015-ci ildən davam edən zərərdən hələki yaxa qurtara bilməmişdir. Bu zərərin səbəbi isə pisləşən aktivlərə görə ayrılan ehtiyatların həcmindən ibarətdir. Məlumat üçün bildirək ki,  bank 3-cü rübün sonunu 28 mln. manat zərərlə başa vurmuşdur.

Unibankın kredit portfeli 2016-cı ilin 1-ci rübünün sonundan 3-cü rübün sonuna 549 mln. manatdan 442 mln. qədər azalmışdır.

Ətraflıunibank-maliyy%c9%99-hesabati

Son xəbərlər
Digər xəbərlər