“Unibank” manatdakı əmanətlərin faizlərini 11%-ə qaldırdı

“Unibank KB” ASC milli valyuta olan manatdakı əmanətlərin faiz dərəcələrini artırıb.

Bu barədə Banker.az-ın Monitorinq Qrupu bildirir.

“Proqressiv” əmanətin illik faiz dərəcəsini 8%-dən 10%-ə, “Yığım” əmanətin, 7%-dən 9.5%-ə, “Müddətli” əmanətin 10.5%-dən 11%-ə yüksəldilib.

Qeyd edək ki, bank “Yığım” əmanətini yalnız manatda, “Proqressiv” əmanət manatla yanaşı dollarda və “Müddətli” əmanət isə dollar və avroda da qəbul edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər