“Unibank KB” ASC-nin Audit Komitəsinin sədri dəyişəcək. Bu barədə Banker.az-a maliyyə qurumuna yaxın mənbələr bildirir.
Balayev Samir Həsən oğlu “Unibank”ın Audit Komitəsinin sədri təyin ediləcək.
Qeyd edək ki, buna qədər bankın Audit Komitəsinə Zeynalov Faiq Vahib oğlu sədrlik edirdi.
Hazırda bankın Audit Komitəsində Tağıyeva Səbinə Ramizovna və Hüseynov Adil Şeyruz oğlu üzvdürlər.
Audit Komitəsi – Bankın Audit Komitəsi üç nəfər üzvdən ibarətdir. Komitənin üzvləri Müşahidə Şurası tərəfindən 3 ildən çox olmayan müddətə seçilir. Müşahidə Şurası Komitənin üzvlərindən birini Komitənin sədri təyin edir. Audit Komitəsinin üzvlərinin əmək haqqı muzdlu formasında Müşahidə Şurası tərəfindən təyin edilir. Audit Komitəsi bankın strategiyasını və audit siyasətini müəyyən edir, daxili nəzarət sisteminin təkmilləşdirilməsinə dair Müşahidə Şurasına təkliflər verir, Maliyyə bazarına nəzarət orqanı normativ xarakterli aktları ilə nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.