22 C
Baku
Wednesday, May 22, 2024

“Unibank”ın depozit portfeli ilk rübdə 42 mln. manat azalıb  

“Unibank KB” ASC-nin 2024-cü ilin birinci rübündə depozit portfelinin həcmi azalıb.

Banker.az bunu bankın rüblük maliyyə hesabatına istinadən xəbər verir.

Belə ki, bankın depozit portfelinin həcmi birinci rübdə 42.44 mln. manat və ya 3.49% azalmaqla 1 mlrd. 173.45 mln. manata düşüb. Bu ilin əvvəlində 1 mlrd. 215.89 mln. manat idi.

Azalmanın əsas səbəbi hüquqi şəxslərin depozitlərinin ilk rübdə 37.89 mln. manat və ya 13.8% azalaraq 274.61 mln. manatdan 236.72 mln. manata düşməsidir. Azalma həmçinin bankın öhdəliklərində mühüm paya sahib olan fiziki şəxslərin depozitlərində də müşahidə edilir. İlin əvvəlindəki 941.28 mln. manatlıq fiziki şəxslərə aid depozitlər ilk rübün sonunda 936.73 mln. manat olub və bu da 4.55 mln və ya 0.48%-lik cüzi enişdir.

Bununla belə, 2024-cü ilin ilk rübündə bank kredit təşkilatları və digər maliyyə institutları qarşısında öhdəliklərini 29.68 mln. manat və ya 27.25% artırmaqla 138.62 mln. manata yüksəldib.

23456789

Son xəbərlər
 ⁠
Digər xəbərlər